Kateqoriyasız

Qriqorçuk Tudoru qabaqladı

Sentyabrın 17-də UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyununda “Qəbələ” Yunanıstanın PAOK komandasını qəbul edəcək. 

İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – PAOK matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah – sentyabrın 16-sı 19:15-də arenanın Media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:00-da isə PAOK-un çalışdırıcısı İqor Tudor Media nümayəndələrinin suallarını cavablandıracaq. Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək. “Qəbələ” saat 20:30-da, Yunanıstan təmsilçisi isə 21:30-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43