İdman

Qriqorçukdan tərbiyəsizlik

AZAL – “Qəbələ” matçında qonaqların baş məşqçisi Roman Qriqorçuk oyunun baş hakimi İnqilab Məmmədov tərəfindən meydandan qovulub.

İdmanxeber.com-un məlumatına görə, ulkraynalı mütəxəssisin qovulmasına səbəb hakimə qarşı kəskin etiraz və bundan sonra onlara qarşı qeyri-etik ifadələr işlətməsi olub.

Belə ki,AZAL-ın üzvü Kamal Mirzəyev rəqib oyunçu Filip Ozobiçə qarşı kobudluq edib. Qriqorçuk isə rəqib üzvünə qırmızı vərəqə verilməsini tələb etməsi olub. İ.Məmmədov isə sarı vərəqlə kifayətlənib. Bu isə Qriqorçuku daha da əsəbləşdirib.

Qriqorçukun qeyri-etik ifadələr işlətməsi səbəbindən baş hakim məşqçini tribunaya göndərib.

Qeyd edək ki, Qriqorçuk “Sent Etuyen”lə oyunda da tribunaya göndərilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43