Dünya futbolu

Qrizmann “Atletiko” ilə yeni müqavilə imzaladı

“Atletiko” futbolçusu Antuan Qrizmannla müqaviləni yeniləyib.

İdmanxeber.com-un məlumatına görə, fransalı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin mayına qədər uzadılıb. Onun əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm İspaniya klubunun heyətində 36 oyunda 16 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43