Dünya futbolu

Qrizmann “Atletiko”nun tarixinə keçdi

Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" səfərdə "Bayer"i 4:2 hesabı ilə məğlub edib. Sözügedən matç Madrid klubunun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, fransalı hücumçu "Atletiko"nun Çempionlar Liqasında ən çox qol vuran oyunçusu olub.

Dünənki oyunda fərqlənən 25 yaşlı forvard turnirdə 13-cü qolunu vurub. Bununla da o, Luis Araqonesi (12) qabaqlayıb.

Qeyd edək ki, Qrizmann cari mövsüm ÇL-də 7 oyuna 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43