Dünya futbolu

Qrizmann: “Barselona”dan imtina etmək asan deyildi”

“Atletiko”nun hücumçusu Antuan Qrizmann “Barselona”dan imtinasının səbəblərini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, fransız çətin bir qərar verməli olduğunu etiraf edib:

“Kataloniya klubu məni heyətdə görmək istəyirdi. Tez-tez zəng edir, xəbər göndərirdilər. “Barselona”dan imtina etmək asan deyildi. Çətin qərar verməli oldum. “Atletiko”da uzun illərdi oynayıram. Komanda yoldaşlarım, klub rəhbərliyi burada qalmağım üçün əlindən gələni etdi. Danışıqlar apardım. Məvacibim artırıldı. Hiiss etdim ki, “Atletiko” mənim evimdir. Evdən gedə bilməzdim”.

Xatırladaq ki, “Barselona” ötən il fransalı hücumçunu əld etmək istəyirdi. Kataloniya klubu 100 milyon avro ödəməyə hazır idi. Lakin hücumçu indiki klubunu seçdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43