Dünya futbolu

Qrizmann “Mançester Yunayted”ə getməyəcək

Transfer dönəmində adı ən çox hallanan fubolçulardan biri də “Atletiko”nun hücumçusu Antuan Qrizmanndır. Fransa millisinin üzvünün adı “Mançester Yunayted”lə çəkilir.

CAS “Atletiko”nun yay transfer dönəmində də heyətini gücləndirə bilməyəciyi haqda qərar verdi.

Bu qərardan sonra Qrizmann sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib. Madrid klubunun hücumçusu “İndi hər zamankından daha çox” statusunu “Atletiko” və “Hər zaman birlikdə” həştəqləri ilə paylaşıb.

Qrizmannın bu paylaşımı transfer qadağası səbəbindən çətin günlər yaşayan “Atletiko”dan ayrılmayacağına siqnal olub.

İddialara görə, “Mançester Yunayted” Alvaro Morata, Aleksandr Lakazaett, Romelu Lukaku və Andrea Belotti ilə yaxından maraqlanır.

26 yaşlı hücumçu 2014-cü ildən “Atletiko”da oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43