Dünya futbolu

Qrizmann “Mançester Yunayted”lə razılığa gəldi

“Mançester Yunayted” “Atletiko”nun futbolçusu Antuan Qrizmannla ilkin razılığa gəlib.

İdmanxeber.com-un məlumatına görə, fransalı hücumçu “Mançester Yunayted”in ona təklif etdiyi 20 milyon avroluq təklifi müsbət cavablandırıb. Məlumata görə, İngiltərə klubu ilə “Atletiko” arasında danışıqlar davam edir. Xatırladaq ki, Madrid təmsilçisi ilə Qrizman arasında imzalanan son müqavilədən sonra futbolçuya 100 milyon avro dəyərində təzminat qoyulub. “Mançester Yunayted” tərəfi bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, A.Qrizmannın “Atletiko” ilə müqaviləsi 2021-ci ildə başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43