Dünya futbolu

Qrizmanndan transfer açıqlaması

“Atletiko”nun ulduz futbolçusu Antuan Qrizmann adının “Real” və “Mançester Yunayted”lə hallanmasına münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, fransalı hücumçu növbəti iki həftə ərzində bütün suallara aydınlıq gələcəyini söyləyib:

“Ümid edirəm ki, 2 həftə ərzində hər şeyə aydınlıq gələcək. “Mançester Yunayted”də oynamaq ehtimalım 10 üzərindən 6-dır. Zinəddin Zidan üçün isə oynamaq ehtimalım yoxdur. “Real”a transferim inandırıcı deyil. “Atletiko”da qalmaq şansım isə 10 üzərindən 7-yə bərabərdir”.

İspaniya mətbuatı “Mançester Yunayted”in Qrizmann üçün 100 milyon avro ödəməyə hazır olduğunu yazıb.

26 yaşlı futbolçu bu mövsüm 53 oyyunda 26 qol vurub və 12 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43