Milli komanda

“Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq”

Futzal üzrə dünya çempionatının pley-off mərhələsində keçirilmiş Azərbaycan və Hollandiya yığmaları arasındakı cavab oyunundan (4:4, ilk oyun 5:1) sonra millimizin baş məşqçisi Tino Peres fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı mütəxəssis bunları söyləyib:

“Dünya çempionatına vəsiqə qazanmağımız münasibətilə hər kəsi təbrik edirəm. Bu gün yaxşı oynamadıq. Nəticənin bu cür alınmasında Hollandiyada qazandığımız qələbənin də təsiri oldu. Həmin hesab uşaqlarda istər-istəməz arxayınlıq yaratmışdı. Buna baxmayaraq, qarşıya qoyulan hədəfə çatdıq. Dünya çempionatındakı şanslarımız haqda danışmaq tezdir. Bu, püşkdən də asılıdır. Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43