Dünya futbolu

Quardioladan Mourinyoya cavab: “Böyük məşqçi olmaq üçün kubok qazanmağa ehtiyac yoxdur”

Pep Jozenin cavabını verdi

İngiltərə Premyer Liqasının III turunda “Totenhem”lə görüşün ardından Joze Mourinyo jurnalistlərə “Mən bu liqada ən çox çempionluq yaşamış baş məşqçiyəm. Mənə hörmət edin” deyərək əsəbi halda konfransı tərk etmişdi. Portuqaliyalı mütəxəssisin bu açıqlamasından sonra “M.Siti”nin baş məşqçisi Pep Quardiola ona cavab verib.  Pep böyük məşqçi olmaq üçün kuboklar qazanmağa ehtiyac olmadığını bildirib:

“Mourinyonun səviyyəsinə şübhə etmirəm. Ancaq bir şey var ki, böyük məşqçi olmaq yalnız kuboklar qazanmaqla olmur. Mən də bir çox kubok qazanmışam. Bunların hamısını yaxşı oyunçularla əldə etmişəm. Dünyada kubok qazanmayan bir çox yaxşı məşqçilər var. Bu, onların pis məşqçi olduğu mənasına gəlmir”.

İdmanxeber.az

Oxşar xəbərlər

Ferqyüson: “Çelsi”nin təklifini rədd etmişəm”

admin

UEFA “İlin 11-liyi”nə namizəd olan futbolçuları açıqladı -Siyahı

admin

Ronaldodan daha bir rekord

admin