Müsahibə

Qurban Qurbanov: “Ən çox mənə təzyiq edirdilər”

Bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qarabağ” doğma meydanda “İnter”ə məğlub oldu – 0:1.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Məğlub olduq. “İnter”i təbrik edirəm. Futbolçular çox əziyyət çəkdi. Top itkilərimiz çox oldu. Futbolçuların üzərinə getmək olmaz. Bəzi oyunçular formasını daha da yaxşılaşdırmalıdırlar. Qaşıdakı oyunlara hazırlaşacağıq. Futbolçulara iradımı bildirəcəm.

Son vaxtlar komandada nəsə çatışmır… Bu, Daninin yoxluğundanmı irəli gəlir?

– Son vaxtlar tam stabil oyun nümayiş etdirə bilmirik. Maksim də bu oyunu buraxmalı oldu. Məncə, bu, sırf Dani Kintanayla əlaəli deyil. Dino Ndlovu da bu oyunda iştirak edə bilmədi. Əfranın isə ailəsində problem var. Bu səbəbdən oyunaya bilmədi. O, hazırda İstanbuldadır. Bu gün ən böyük problemimiz stabil heyəti əldə edə bilməməyimizdir.

– Matçdan sonra Rəşad Sadıqovun azarkeşlərlə problemi oldu.

– Orada nə baş verdiyini bilmədim. Ən çox mənə təzyiq edirdilər. Tranfer etmələrimizi istəyirdilər. Azarkeşlərin haqqına girə bilmərik. Biz daim çalışırıq ki, komanda uğurlu nəticə əldə etsin. Biz bir ailəyik. Azarkeşlərin etiraz etmələrinə haqqları var. Futbol elə bir həddə çatıb ki, bu hallar həmişə ola bilər. Hamı işləyir, çalışır. İstəsələr həm yazı vasitəsilə, həm toplum şəkilində azarkeşlər bizə etirazını edə bilərlər.

– Məğlubiyyəti gözləyirdinizmi?

– Hər oyunuduza bilərik. Bu futboldur. Premyer Liqada 7 komandaya qarşı oynayırıq və hər bir oyunda xal itirə bilərik.

– Armenteros “Qarabağ”dan getdikdən sonra Hollandiya çempionatında qolları sıralayır. Sizcə, o, burada niyə çətinlik çəkirdi?

– O, bura gələndə bir çoxları etiraz etdi. Amma düşünürəm ki, biz yanlış transfer etməmişdik. Bizim çempionat fərqlidir. Bizdə komandalardan nəticə daha çox tələ olunur. Amma Hollandiyada bu, belə deyil. Onlar başqa cür yanaşır futbola.

– Şəhidlər Xiyabanına getməyiniz alqışalayiq addım idi. Amma Vüqar Nadirovdan başqa heç bir futbolçu gəlməmişdi. Bunun səbəbi nə idi?

– Biz hər klub rəhbərliyi ilə birlikdə futbolçulara bu hadisələrlə bağlı həm azərbaycanca, həm də ingiliscə məlumatlar veririk. Düşünməzdim ki, futbolçuların orada olmaması etiraza səbəb olsun. Biz heç vaxt istəmirik ki, insanlara xoş gəlmək üçün üzdə olaq. Mən demək istəmirəm ki, nə qədər insanlara yardım olunub. Bunları ictimailəşdirmək istəmirik. Əgər bunları ictimailəşdirmiriksə, o demək deyil ki, heç nə etmirik.

– Almeyda artıq millidə oynayacaq…

– Dünən artıq razılıq verildi millidə oynamasında. Bəzi sənədlər imzaladı. O, bizim mentalitetimizə daha çox uyğunlaşıb. Yəqin ki, məşqçilər onun faydalı olduğunu düşünüb milliyə dəvət ediblər. Düşünürəm ki, bu, bizim xeyirimizədir. Şadam ki, Almeyda millimizdə oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43