Ölkə futbolu

Qurban Qurbanov: “Əsl kubok oyunu oldu”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” doğma meydanda “Qarabağ”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Əsl kubok oyunu oldu, hər iki komanda ehtiyatlı oynadı. Komandalar səhvsiz oynama çalışırdı, ona görə də müdafiədə boşluqlar olmadı. 0-0 pis nəticə deyil, qalib cavab oyununda bilinəcək. Yaxşı komandaya və məşqçiyə qarşı mübarizə apardıq”.(PFL)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43