Kateqoriyasız

Qurban Qurbanov AFFA-nın Konfransına niyə qatılmayıb? – Açıqlama

Xəbər verdiyimiz kimi,  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın Hesabat-Seçki Konfransı və İcraiyyə Komitəsinin iclasına dəvət alsa da, sözügedən tədbirə qatılmayıb.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.az-a açıqlamasında Qurbanovun yığıncağa qatılmamasının xüsusi bir səbəbinin olmadığını açıqlayıb:

“Qurban müəllimin iclasa getməməsinin xüsusi səbəbi yoxdu. Bildiyiniz kimi, komanda Antalya toplanışından yeni dönüb. Bundan öncəki iclaslarda Qurban müəllim dəfələrlə iştirak edib. Burada hər hansı bir səbəb axtarmaq lazım deyil. Bu dəfə belə alındı”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43