Ölkə futbolu

Qurban Qurbanov Almaniyaya “casus” göndərir

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan “Ayntraxt” klubu avqustun 17-də Almaniya Bundesliqasında növbəti oyununu keçirəcək.

 Frankfurt təmsilçisi Bakı vaxtilə saat 18:30-da doğma meydanda “Bavariya” ilə üz-üzə gələcək.  Baş məşqçi Qurban Qurbanov rəqibin oyununa baxmaq üçün köməkçisi Elçin Rəhmanovu Almaniyaya göndərəcək. 

Xatırladaq ki, “Qarabağ” avqustun 22-də Bakıda “Ayntraxt”la üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43