08 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov Almaniyaya gedir: “Alonso ilə danışmaq mənim üçün çox maraqlıdır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanır.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssis  “İctimai TV”də yayımlanan “Bol İdman” proqramına müsahibəsi zamanı deyib. O, “Bayer” klubunu ziyarət edəcəyini və baş məşqçisi Xabi Alonso ilə görüşəcəyini bildirib:

“Öz oyun üslubu ilə qələbə qazanan komandalar davamiyyətli olurlar. “Bayer” Alonso gələndən sonra necə başladısa, həmin oyunu daha da təkmilləşdirdi. Mənim bu komandanın işinə marağım həddindən artıq çoxdur. Biz çox rəqiblərə qarşı oynamışıq. Məni cəlb eləyən bütün klublaırn düşərgəsində olmuşam. “Bayer” də həmin sıradadır. Yaxın vaxtlarda onların düşərgəsində olacam, məşq prosseslərini izləyəcəm. Alonsonun özü ilə də görüşüm olacaq. O, təkcə məşqçi deyil, həm də byük uğurlar içərisindən çıxan təcrübəlidi biridir. Mənim üçün onunla danışmaq, qarşılıqlı diskusiya qurmaq çox maraqlıdır”.

Xatırladaq ki, “Bayer”Avropa Liqası qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alıb. Ağdam təmsilçisi hər iki görüşdə də rəqibinə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43