Ölkə futbolu

Qurban Qurbanov: “Almeydanın üzünə qapımız hər zaman açıqdır”

Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulub

İdmanxeber.az-ın məlumatına görə, “Keşlə” doğma meydanda “Qarabağ”ı qəbul edib. Matçın ardından “Qarabağ” komandasının çalşıdırıcısı Qurban Qurbanov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Oyun çox çətin oldu. Kubok oyunu hər zaman fərqli olur. Burada oyunçularda motivasiya da tamam başqa olur.  İkinci hissə  tam fərqli oyun oldu. Daha yaxşı oynadıq. Bir komandanı udub həmən yarımfinala düşmək oyunçular üçün də əlava motivasiyadır. Bu meydanda oynamaq çox çətindir. Hiss olunur ki, Tərlan yaxşı komanda qurub. İstədiyi sistemi yavaş- yavaş tətbiq edir. Oyundan-oyuna daha düzgün oynayırlar. Onlara da uğurlar arzulayıram. Makisumum istirahət edib daha yaxşı hazırlanmalıyıq.

-Komandadan gedən futbolçular olacaq? Bir də Almeyda dönür ?

-Gedən futbolçular hələlik bəlli deyil. Hər futbolçunun öz müqaviləsi var. Bəzən elə futbolçular var ki, daha çox oynamaq istəyirlər. Artıq oyun sayı da azdır. Ola bilər ki, hansı futbolçu özü yaxınlaşıb getmək istədiyini bildirəcək. Ancaq Riçarda bağlı onu deyim ki, heç bir danışıq olmayıb. Təbii ki, onun üçün qapılarımız hər zaman açıqdır.

-Oyunun sonlarında baş hakim İnqilab Məmmədovla nə danışdınız ?

-Narazılıq bildirmədim. O, mənim hörmət etdiyim hakimlərdəndir. Ancaq bu səfər biraz etiraz etdim. Çoxlu sayda sarı vərəqə göstərdi. Bəlkə də rekord göstəricidir. Mənim üçün bu qərarlar gözlənilməz oldu. Ona öz fikirləri bildiridim. Kubaya verilən vərəqə doğru deyildi. Hamımız hər zaman diqqətli olmalıyıq. Bütün komandalara qarşı.

-2018-ci il sizin üçün dolu keçdi. 2018 -ci ili özünüz üçün necə dəyərləndirərsiniz ?

-Siz neçə bal versəniz o qədər. Məncə, bu haqda mənim danışmağım çox da doğru olmaz. Onu deyim ki, çətin oldu. Bəzən müəyyən etirazlarla qarşılaşırıq. Oyunçu seçımində də, ayrılanda da. Ancaq onları başa düşmək olur ki, maraq olanda ayrılmalı olurlar. Bizdən daha yaxşı təkliflər edən komandalar var idi. Bu baxımdan müəyyən dəyişikliklər oldu. Bizim sistemimiz oturmuşdu. Gələn oyunçular isə fərqli yerdən, fərqli mentalitetdən gəlirlər. Hər şeyə rəğmən biz ayaq üstə dura bildik və hər şey qaydasında oldu. Bu il hər kəs Avaroliqadakı çıxışımızı uğursuz sayır. Ancaq ümumən 5-ci ildir ki, oardayıq. Məncə, bu da bir uğurdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43