Kateqoriyasız

Qurban Qurbanov “Anderlext”in baş məşqçisini qabaqladı

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Anderlext” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov və bir futbolçumuz 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq.

“Anderlext”in baş məşqçisi Besnik Hasi isə 19:30-da mətbuat konfransında iştirak edəcək.

Ağdam təmsilçisinin açıq məşqi 18:30-da Suraxanıdakı bazamızda olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq. 18:45-də isə klub tərəfindən ayrılmış avtobus media mənsublarını Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.

“Qarabağ”:

Mətbuat konfransı – 15:00 (T. Bəhramov adına Respublika stadionu)

Məşq – 18:30 – (“Qarabağ” FK-nın bazası, Suraxanı qəsəbəsi)

“Anderlext”:

Mətbuat konfransı – 19:30 (T. Bəhramov adına Respublika stadionu)

Məşq – 20:00 (T. Bəhramov adına Respublika stadionu)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43