08 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Aqolli, Muarem və Corcla bağlı qərarımı vermişəm”

“Transfer çalışmaları davam edir. Düzdü, bəzən istədiyimiz oyunçuları transfer edə bilmirik. Ancaq məni bu yox, digər amil narahat edir. Məni heyətə yeni futbolçu cəlb edə bilməməyimiz yox, bəzi oyunçularımızın oyun səviyyəsinin aşağı düşməsi narahat edir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı müqaviləsi başa çatmaqda olan Leroy Corc, Ansiq Aqolli və Muarem Muarem haqda da dnaışıb:

“Hər üç futbolçuyla bağlı qərarıəmı vermişəm. Ancaq indidən bu haqda danışmağım düzgün olmaz. Çünki qarşıda kubokun final oyunu var. Həmin görüşdən sonra futbolçuların müqaviləsi başa çatan futbolçularla bağlı məsəslə üçün bir neçə gün vaxt ayıracam. Adını çəkdiyiniz legionerlərin hər biri bizim üçün dəyərli futbolçulardır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43