Ölkə futbolu

Qurban Qurbanov: “Armin Fe yalan danışır”

"Baxmayaraq ki, rəqibimiz güclüdür. Çalışırq ki, maksimum gücümüzü ortaya qoyaq. Minimum vəzifəmiz sizə gözəl oyun göstərməkdir".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayntaxt"la oynayacaqları oyunöncəsi keçirilən mətbuat konfransında deyib. O, alman klubunun çalışdırıcısının yalan danışdığını deyib: Armin Fe yalan danışır. Onlar bizim "Xəzər Lənkəran"la oyunumuzu izləyiblər və məlumatlıdırlar. Onlar iki oyun üslubunda oynayrlar. Birinci, yeni oyun sistemini tətbiq edirlər, alınmayanda ötənilki sistemə keçirlər. Hava toplarında yaxşı oynayırlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43