Kateqoriyasız

“Qurban Qurbanov Azərbaycanın Zidanıdı”

“Çoxları “Qarabağ”da nə edəcəyimi düşünürdü. Amma ora ən yaxşısı idi. Paltardəyişmə otağına girirsən, hər şey hazırdır, hətta geyinəcəyin butslar da”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Əlhərbi Əl Jadeyaui deyib.

33 yaşlı yarımmüdafiəçi  Fransa mətbuatına açıqlamasında daha sonra sözlərinə belə davam edib:

“Ora inkişaf etdiyim ən böyük klubdur. Baş məşqçi Qurban Qurbanovdur. Onu yerli Zidan saymaq olar. Az qala stadionda yatırdı. Çox istəkli idi. Taktiki və texniki cəhətdən mənə çox şey öyrətdi. İnsanlar bu klubun Çempionlar Liqası və Avropa Liqasında daim iştirak etdiyini unudurlar”.

Qeyd edək ki,   Əl Jadeyaui 2015/16 mövsümündə “Qarabağ”da çıxış edib.  Onun son klubu “Qrenobl” (Fransa) olub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43