Premyer Liqa

Qurban Qurbanov: “AZAL belə oynasa, bütün rəqiblərimizdən xala ala bilər”

Premyer Liqanın XIII turunda səfərdə AZAL-la bərabərə qalan (1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bölüşüb:

 

“Oyun ümumilikdə maraqlı keçdi. Meydanın hər yerində mübarizə gedirdi. AZAL bizim üçün çətin rəqibdir. Qol vurmaq şanslarımız oldu. Hesab bərabərləşdikdən sonra rəqibin cərimə meydançasında olmağa çalışdıq. Komanda yaxşı oynadı, dincəlib, qarşıdakı oyunlara yaxşı hazırlaşmaq üçün vaxtımız var. Qara Qarayevi oyuna daxil etdim ki, topa daha çox nəzarət edək. Bu cür rəqiblə oyunda qol buraxmamağa çalışmalısan. Vaqif Sadıqov bizim oyunumuzu daha yaxşı araşdırıb, biz buna hazır olmalıyıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43