İdman

Qurban Qurbanov azarkeşləri sakitləşdirdi

Hazırda davam edən “Qarabağ” – “Qəbələ” matçında maraqlı məqam diqqətdən yayınmadı.

İdmanxeber.com-un “Azərsun Arena”ya ezam olunan əməkdaşının verdiyi məlumata görə, matçın 73-cü dəqiqəsində matçın baş hakimi İnqilab Məmmədovun “Qarabağ”ın əleyhinə cərimə zərbəsi təyin etməsi yerli fanatların kəskin etirazına səbəb olub. Nəticədə, azarkeşlər meydana yad əşya atdı.

Lakin Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov azarkeşləri əl hərəkəti ilə sakit olmağa çağırıb. Bununla da azarkeşlər öz etitazlarını şüarlarla davam etdiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43