İdman

Qurban Qurbanov Azərbaycan futbolunda çatışmayan cəhətləri sadaladı

Bu gün “Bayıl Arena”da AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasdan sonra millinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil edilib:

– İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu simvolikdi, yoxsa təsadüf?

– Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq.

– Yoxlama oyunlarının Bakıda kənarda keçirilməsini istərdinizmi? 
– Rayonlardakı stadionlara baxmaq lazımdı. O bölgələrdə futbol olması üçün çalışmalıyıq. Ondan sonra bu barədə düşünmək olar. Bu, gələcəyin işidi.

– Millətlər Liqasına kimi neçə yoxlama görüşü nəzərdə tutulub? 
– Çox istərdim ki, oyunların sayı çox olsun. Mart və may ayına da toplanış planlaşdırılıb. Komanda tapmaq çətindi. Çalışacağıq ki, oyunların sayı çox olsun.

– Siz də milliləşdirmə siyasətini davam etdirəcəksiz? 
– Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik.

– Millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərə önəm verdiz? 
– Çətinlik çəkdik. Rəşad Sadıqovdan başlayım. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odu ki, hər birinin potensialını bilirik. Ola bilər ki, ağır, çətin olsun. Onların hər biri bu yaxınlarda inşallah, PRO kateqoriyasını alacaqlar. Zaur Həşimov mənim yanımda çox olub. Vüqar Məmmədovun illlərdi millilərdə təcrübəsi var.

– Millinin əvvəlki heyətində çox dəyişiklik olacaq? 
– Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.

– Daha bir neçə köməkçiniz ola bilərmi? 
– Bəli, 1 v ya 2 yeni köməkçi də ola bilər?

– Oyunçu seçimi zamanı onun hansı çempionatda oynamasına fərq qoyacaqsız? 
– Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar.

– Futbolçuların ölkə xaricinə çıxması baxımından bir sistem qurmağı düşünmürsüz? 
– Bu, böyük mövzudu. Bunlar mütləq olmalıdı. Amma desək ki, dərhal qaydasına qoyacağıq, alınmayacaq. Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdi. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43