Premyer Liqa

Qurban Qurbanov: “Belə bir təklif etməyimiz düzgün çıxmaz”

Bu gün Azərbayca Premye Liqasının 17-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” matçında ev sahibi komanda 2:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın  baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

– Çox vacib qələbə qazandıq. Çatışmazlıqlarımız var idi. Bunları normal qəbul edirdim. Optimal formamızdan uzaqığ. Amma futbolçular topla yaxşı davranırdı. “Zirə” düzgün müdafiə olunurdu. Amma düşündüyümüz kimi alındı. 2  vacib qolla qalib gəldik.

– Reynaldo komandadan ayrıldı.  Dani Kintana da zədələndi. Çempionluq yolunda bunun sizə necə təsiri olacaq?

– Belə oyunçunu itirmək o qədər də yaxşı hal deyil. Amma bu futboldur. Hər bir oyunçunun başına gələ bilər. Digər futbolçularıma güvənirəm. Düşünürəm ki, oyunu hiss etməkdə çətinlik çəkməyəcəyik.

– Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsız. Gəncə stadionunun ot örtüyü bərbaddır. Bununla bağlı hər hansı bir təklifiniz olarmı?

– Bununla barışacağıq. Belə bir təklif etməyimiz düzgün çıxmazdı. Çalışacağıq ki, oyunumuzu oynayaq və qalib gələk.

– AZAL-la və “Neftçi” ilə oyunda hakim səhvləri ictimaiyyət tərəfindən birmənalı qarşılaşnmadı. Sizcə, bunları “Qarabağ”ı gözdən salmaq üçünmü edirlər?

– Düşünmürəm ki, Azərbaycanda kimsə “Qarabağ”ı gözdən salsın. Mən həmişə çalışıram ki, komandada düzgün çalışım. Hər kəs öz fikrini deyə bilər ki, hakim səhvi oldu və s. Belə açıqlamalara fikir vermirəm.

– Rəşad Sadıqovun durumu nə yerdədir?

– Rəşadın 15 illik futbol təcrübəsi var. Düşünürəm ki, o, 3-4 ay onamasa belə, praktika tərəfdən problemi oynamayacaq və istənilən vaxt çıxıb, oynaya bilər.

– “Qəbələ” ilə oyun “Qarabağ” üçün həlledici sayıla bilərmi?

– Belə olacağını düşünmürəm. Xallar da itirə bilərik. “Qəbələ”yə məğlubiyyət və ya heç-heçə bizim üçün heç bir çətinlik yarada bilməz. Qarşıdan hələ çoxlu oyunlar var. Düşünürəm ki, bu marafon son turadək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43