Kateqoriyasız

Qurban Qurbanov: “Bəzən məğlub olduğum oyunlardan daha çox razı qalıram”

Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ” “Qarabağ”ın qonağı oldu. Oyun qonaqların  1-0 hesablı qələbəsi ilə başa çatdı.  

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Emosiyalarımız müsbətdir. Biz çox güclü bir komandanı məğlub etməyi bacardıq. Bəlkə, istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Amma istədiyimiz tərzdə oynadıq. Buna görə çox məmnunam. Komandamı təbrik edirəm. Öncəki turlarda hakim səhvləri olmasaydı, daha çox xal qazanardıq. Onlara daha yüksək səviyyəyə çatmağı arzulayıram”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Oyundan çox razı qaldım. Məğlub olmağımıza baxmayaraq,  istədiyim oyunu meydançada gördüm. Bəzən məğlub olduğum oyunlardan daha çox razı qalıram, nəinki qalib gəldiyimiz oyunlardan. Biz güclü komandaya qarşı oynayırdıq. “Qəbələ”ni təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43