Kateqoriyasız

Qurban Qurbanov: “Bir neçə gün öncə bu oyuna görə narahat idim”

”Oyun haqqında deyiləsi o qədər də çox fikir yoxdur. Desəm ki, “Simurq”, yaxud da biz güclü oynadıq, düz çıxmaz. Sadəcə olaraq, bir standart vəziyyətdən yararlandılar”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Zaqatalada “Simurq”a məğlub olan Ağdam klubunun baş məşqçisi məğlubiyyəti haqq etdiklərini bildirib:

“Bir neçə gün öncə bu oyuna görə narahat idim. Məğlub olmağı haqq edirdik. Qarşıdakı oyuna hazırlaşmaq lazımdır. Suni ot örtüyü və hava şəraiti, istər-istəməz, oyuna təsir etdi. Amma, bu, məğlubiyyətin səbəbi olmadı. Rəqib komandanı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43