Kateqoriyasız

Qurban Qurbanov: “Biz qarşımıza məqsəd qoymamışdıq ki, qrupda ikinci yeri tutaq”

“İstəməzdik ki məğlub olaq. Çox çalışdıq ki, hesabı qoruyaq. Ancaq alınmadı. Futbolçularımız yaxşı oynadı. Sona qədər mübarizə apardılar. Komandaya iradım yoxdur. İlk oyundan sonra bildirmişdim ki, bu qələbəni çox şişirtmək lazım deyil. Qarşıdakı oyunlar haqda düşünəcəyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib:

“Qol vurmaq alınmadı. Başqa səbəb yoxdur. Bir neçə oyunlarda dönüş etmişik.

Biz qələbəyə oynayırdıq. Heç-heçə barədə düşünmürdük. Rəqibin gücünü də nəzərə almalısınız.

Ola bilər ki, futbolçular özləri qol vurmaq istəsin. Ancaq bəzən komanda yoldaşını görmək çətin olur.

Biz də istməzdik ki, azarkeşlərimiz məyus edək. Hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Biz qarşımıza məqsəd qoymamışdıq ki, qrupda ikinci yeri tutaq. “Sent-Etyen”lə oyun daha asan olacaq. Çünki biz bu gün məğlub olmuşuq. Daha məsuliyyətli olacağıq. “Dnepr”lə ilk oyunda qalib gəldiyimiz üçün fubolçularda istər-istəməz rahatlıq ola bilərdi.

Ola bilər ki, səfərdə hücumları başqa cür qururuq. Hər rəqibə qarşı fərqli oynayırıq. Məncə, komandamızın ev, yaxud da səfər oyununda fərq yarada biləcək amil yoxdur. Çalışırq ki, hər oyunda öz oyun sxemimizi yaxşılaşdıraq.

Oyunu tək Reynaldonun üzərində qurmamışdıq. Cinahlardan hücumlar edirdik. Bilirdik ki, bəzi oyunçularımızı bağlayacaqlar. Tam istədiklərini edə bilmədilər. Ön xətdə olan bütün futbolçularımız aktiv idi.

“Dnepr” qalib gəlibsə, deməli, bizi yaxşı analiz ediblər. Biz hər oyunda təcrübəmizi artırırıq.

Bəzi epizodlarda rəqib qabağa getməyə imkan vermir. Belə olanda mümkün varianlardan istifadə etməliyik. Gördüyünüz kimi, bəzən geri ötürmələr işimizə yarayırdı. Rəqib ən çox təhlükəni biz hücumda olan zaman yaradırdı. Yəni əks-hücumlarda bizi cəzalandırırdılar”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43