03 Dekabr 2020
Ölkə futbolu

Qurban Qurbanov: “Bizi çətin oyun gözləyir”

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi məlum olub. 

İdmanxeber.com-un məlumatına görə, komanda Lüksemburq çempionu “Düdelanj”la qarşılaşacaq. 

Ağdamlıların baş məşqçi Qurban Qurbanov püşkü klubun rəsmi saytına dəyərləndirib:

“İlk oyunlar hər zaman çətin olur. Ölkəsinin çempionu və kubokun qalibi olmuş komandanı zəif adlandırmaq olmaz. Çempionlar Liqasında istənilən ölkənin güclü komandası çıxış edir. Bu baxımdan da istənilən rəqiblə oynamaq bizim üçün çətin olacaq. Son zamanlar Lüksemburq futbolunda inkişaf göz qabağındadır, 14 komandalı çempionatları var və Lüksemburq çempionatında rəqabət də istənilən səviyyədədir. “Düdelanj” da ölkəsinin çempionatında uzun müddət məğlub olmayıb və daim qələbə qazanmaq üçün vuruşan bir komandadır. Ümumiyyətlə, bu rəqib bizim Çempionlar Liqasının bu mərhələsində qarşılaşdığımız güclü komandalardan biridir. Bizi çətin oyun gözləyir, potensial 5 rəqibdən qismətimizə “Düdelanj”düşdü. Bu gündən etibarən sırf bu oyun üçün hazırlaşmağa başlayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Legiya”nın kapitanı “Qarabağ”da

admin

“Bu iş elədir ki, “əgər” sözü ilə danışmaq mümkün deyil”

admin

Toni Doblas: “Azərbaycan futbolunda pul çox olsa da, səviyyə aşağıdı”

admin