Ölkə futbolu

Qurban Qurbanov Bordini qabaqladı

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, iyulun 24-də “Azərsun Arena”nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Şerif”in baş məşqçisi Roberto Bordn isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Moldova təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Ağdam klubu tərəfindən ayrılmış avtobus media mənsublarını “Azərsun Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43