Ölkə futbolu

Qurban Qurbanov: “Bu gün dediklərimin canlı şahidi olduq”

Sonuncu çempion “Qarabağ” Azərbaycan Premyer Liqasının XXII turunda “Simurq”u 1-0 hesabı ilə məğlub etdi.

Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Birinci hissədə bir qədər zəif təsir bağışladıq. İkinci hissədə komandam daha yaxşı oynadı. Futbolçularım daha istəkli idi, bir neçə qol epizodumuz oldu. Amma çox təəsüf qol vura bilmədik”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Yaxşı komandaya qarşı oynayırdıq. Qış fasiləsindən sonra “Simurq” çox yaxşı təsir bağışlayır. Bu komandaya qarşı oynamaq çox çətindi. Bu gün dediklərimin canlı şahidi olduq. Çox çalışdıq. Qalib gəldiyimiz üçün şadam. Azərkeşləri təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43