Ölkə futbolu

Qurban Qurbanov: “Bu, “Qəbələ” ilə aramızda olan söz-söhbətlərə görə deyil”

Bu gün Azərbaycan kubokununu yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” doğma meydanda “Neftçi” ilə 0:0 hesablı bərabərlik əldə edərək finala yüksəldi.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ınn baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Komandamı və azarkeşləri təbrik edirəm. Demişdim ki, bu oyun daha çətin olacaq. Həqiqətən, çox çətin oyun oldu. Matçın sonunadək nə məndə, nə də futbolçularda rahatlıq yox idi. “Neftçi” mövsümün ən yaxşı oyununu oynadı. Əgər belə oynasalar, istənilən rəqibə qalib gələcəklər. Komandada az da olsa yorğunluq var. Az vaxtımız var. Çalışacağıq növbəti oyunda qələbə qazanaq.

– Demək olarmı ki, qızıl medalın “açar”ı “Qəbələ” ilə oyun olacaq?

– Belə deməzdim. Mövsüm ərzində bir neçə dəfə turnir cədvəlində yerlər dəyişib. Rahat oyunumuz olmayıb. Daima gərginlik keçirmişik. Kənardan bəlkə də belə düşünmək olar. Amma çempionatın sonuna qədər vəziyyət dəyişə bilər. Çalışacağıq məğlub olmayaq.

– “Qəbələ” ilə matçlarda söz-söhbətlər çox oldu. İstərdinizmi, finalda rəqibiniz “İnter” olsun?

– Bəzi rəqiblər var ki, finalda onlarla görüşmək istəyərdim. Onlardan biri də “Qəbələ”dir. Amma bu, “Qəbələ” ilə aramızda olan söz-söhbətlərə görə deyil. Maraqlı, amma çətin oyun olacaq.

– Əfran İsmayılov millidəki oyundan sonra çox tənqid edildi. Onun pisxologiyası indi nə yerdədir?

– Normaldı. Belə hallar olub. Hər futbolçu tənqid olunur. Bir az ruhdan düşmüşdü, amma indi hər şey normaldı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43