Ölkə futbolu

Qurban Qurbanov: “Bunu mən israrla istədim”

“Azarkeşlərimizi və futbolçularımızı təbrik edirəm. Xeyli dəyişiklik etmişdik. Buna rəğmən qələbə qazanmağı bacardıq”. 

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail”lə matçdan sonra deyib. 

Tərcübəli çalışdırıcı ÇL-in III təsnifat mərhələsində məğlub olduqları BATE ilə matça da toxunub:

“Səfərdə yaxşı  oynadıq. Vurduğumuz qolun üzərində çalışmışdıq. Çatışmazlıqlar var. Mübarizəni dayandırdığımız üçün məyusuq. Qarşıdakı “Şerif”lə matçı fikirləşirik. Rəqib təcrübəli komandadır. Vaxtımız çox azdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik”. 

Qurbanov daha sonra BATE ilə oyunlarda buraxılan qollarda səhvə yol verən Rəşad Sadıqovun futbol ictimaiyyəti tərəfindən tənqidlərə məruz qalmasın da münasibət bildirib:

“İnanmıram ki, hamının onu karyerasını bitirməsini istəsin. Rəşadı məndən yaxşı tanıyan olmaz. Onun oyunçu kimi davam etməsini mən israrla istəmişəm. Onun gücünə arxayınıq. Rəşadın nə gücü tükənib, nə də oyunu zəifləyib. Səhv axtarsaq, çox futbolçu da taparıq. O, futbolumuz üçün çox vacib insandır. Bu cür fikirlər ona da, mənə də pis təsir edir. Onu gücünə inanıram”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43