Ölkə futbolu

Qurban Qurbanov: “Bunun öhdəsindən gəlməliyik”

Topaz Premyer Liqasının VII turunda təxirə salınmış oyunu keçirilib. “Qarabağ” komandası səfərdə “Keşlə”nin qonağı olub. Oyundan sonra Ağdam təmsilçisinin baş məqşçisi mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Qələbə üçün gəlmişdik. Təəssüf ki, alınmadı. Oyun planımızda müəyyən dəyişiklik oldu. Ancaq bəzi çətinliklərimiz var idi. Maksim və Gerye zədəli olduğundan heyətdə yox idi. Hər şeyə rəğmən oyunçularım pis oynamadı. Tərlan Əhmədova uğurlar arzuluyuram.

-Zədəli oyunçuların vəziyyəti nə yerdədir ?

Aqolli “Vorskla” ilə oyuna çatmayacaq, Maksim Medvedev isə dəqiq bilinmir. Gerye yəqin ki, “Vorskla” ilə oyuna hazır olacaq. O, sabahdan fərdi məşqlərə başlayacaq.

– Oyunun sonlarında Jezniçakla Rəşad Sadıqov yerlərini dəyişdirdilər. Bu, Rəşadın etdiyi səhvlərə göerə idi ?

-Təbii ki, yox. Rəşadı daha da qabağa getməsi üçün bu addımı etdik. Heç bir səhvə görə yox. Hər ikisi də normal oyun oynadı.

-Hər oyundan sonra yorğunluqdan şikayətlənirsiniz. Bu yorğunluğun öhdəsindəın necə gələcəksiniz ?

-Neçə illərdir bu komandadayam. Belə hallar çox başımıza gəlib. Ancaq hər zaman bunun öhdəsindən gəlmişik. Bütün nəticələrdən dərs çıxardaraq, düzgün analiz edərək bunun öhdəsindən gələcəyik. Biz təcrübəli komandayıq. Bu sıx qrafikə alışmalıyıq. Yorğun da olsaq meydanda qalib gəlməliyik.

-Tərlan Əhmədov hər zaman 5 -li müdafiə ilə oynayırdı.Bu gün isə bu addımı atmadı. Bu, sizin üçün sürpriz oldu ?

-Açığı, gözlənilməz olmadı. 5-li müdafiədə oynayacaqlarını gözləyərdim. Ancaq ümumən belə komandalara qarşı çox oynamışıq. Bizim üçün gözlənilməz deyil. Əsas biz öz oyunmuzu tapmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43