İdman

Qurban Qurbanov: “Bütün “Qarabağ” sevənləri təbrik edirəm”

Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ” doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

“Komandamı təbrik edirəm. Baxmayaraq ki, çempionluq həll olunmuşdu, amma komandam qələbə qazandı. İlk hissədə biraz arxayınlıq yaranmışdı, amma bunu aradan qaldıra bildik. Bütün “Qarabağ” sevənləri təbrik edir və təşəkkürümü bildirirəm. “Sumqayıt”a və S.Abasova qarşıdakı oyunlarda uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43