06 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov Cəbəllütariq səfəri öncəsi sorğu-sual ediləcək

Qarabağ” UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün 2-ci təsnifat mərhələsinə hazırlığını davam etdirir.

İlk oyununu səfərdə keçirəcək “Qarabağ” Cəbəllütariqə yollanmazdan öncə son məşqinə sabah çıxacaq.

“Azersun Arena”da başlayacaq hazırlıqdan öncə komandann baş məşqçisi Qurban Qurbanovun brifinqi təşkil olunacaq. Brifinq saat 17:00-da başlayacaq. Ardınca ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olan məşq prosesi start götürəcək.

“Linkoln” – “Qarabağ” görüşü iyulun 23-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43