Kateqoriyasız

Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı 2:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Futbolda nadir hallarda belə şeylər olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu. Bu, futboldu, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43