İdman

Qurban Qurbanov: “ÇL-nın qrupuna yenə düşmək istəyirik”

“Əlbəttə, nəticələr xoşdur. Bizim üçün çox ağır idi. Bakıya üç güclü klub gəldi. Qrup mərhələsindəki hər üç rəqibimiz Çempionlar Liqasının finalında oynamaq istəyir. Yaxşı oyun göstərmək üçün çox çalışdıq. İlk matçlarda nəticə barədə düşünmədik. Bütün futbolçular, xüsusilə, “Çelsi”yə qarşı Londondakı ilk matçda həyacan yaşadılar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın championat.com saytına açıqlamasında deyib.

O, oyunçularının ÇL-də meydanda sərgilədikləri futboldan razı olduğunu bildirib: “Hər matçda oyunçular və mən təcrübə topladıq”.

Q.Qurbanov söyləyib ki, növbəti mövsüm də ÇL-in qrupuna düşmək üçün əvvəlcə Topaz  Premyer Liqasının qalibi olmalıdırlar: “Çempionatımız  güclüdür. Bildiyimə görə, Çempionlar Liqasının formatı dəyişəcək. Qrupa düşmək çətin olacaq. Çempionatda birinci yeri tutsaq, yenidən qrupa düşmək üçün daha çox çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” ÇL-də C qrupunda 2 xalla sonuncu pillədədir. Ağdam klubu turnirdə son oyununda dekabrın 5-i “Roma”nın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43