Ölkə futbolu

Qurban Qurbanov: “Daha sürətli qarşılaşmanın keçməsini istəyirdim”

“Qarabağ” bu gün Antalyada davam edən qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Polşanın “Piast” komandası ilə heç-heçə (1:1) edən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası fikirlərini bildirib:

“Hava şəraitinə görə tam istədiyim oyun olmadı, daha sürətli qarşılaşmanın keçməsini istəyirdim. Amma istənilən halda bu hava şəraitiylə razılaşmalıyıq. Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43