Kateqoriyasız

Qurban Qurbanov: “Dnepr” bizdən revanş almaq istəyir”

"Hər oyun bizim üçün vacibdi eləcə də sabahki oyun. Amma burdakı oyun bizim üçün çətin olacaq. Ağır oyun olsa belə əlimizdən gələni edəcəyik ki, nəticə əldə edək".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avroliqanın qrup mərhələsi çərçivəsində sabah öz meydanında "Dnepr"i qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib:

"Bilirik ki, "Dnepr" bizdən revanş almaq istəyir. Onların xala ehtiyacı var deyə bizim üçün ağır olacaq. Futbolçular çalışmalıdır ki, diqqqətləri oyunda olsun"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43