29 Sentyabr 2024
Kateqoriyasız

Qurban Qurbanov ehtiyatlı danışdı: “Bu, növbəti mərhələyə keçməyimiz anlamına gəlmir”

"Gördüyünüz kimi asan oyun olmadı. Maltalılar 90 dəqiqə göstərdi ki, hər an qol vurmağa qadirdir. Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq. Amma bu bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Maltada məğlub etdikləri "Valletta" ilə görüşdən (1:0) sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Ağdam klubunun çalışdırıcısı Bakıda keçiriləcək cavab görüşünün onlar üçün asan keçməyəcəyini bildirib: "Bakıda maltalıların vuracağı qol hesabın bərabərləşməsi deməkdir. Artıq bu oyunu unudub cavab görüşünü fikirləşmək lazımdı. Bakıda bizi heç də asan olmayan oyun gözləyir. Oyuna gəlib, 3 rəngli bayrağımızı tribunada açan azsaylı azarkeşlərimizə də verdikləri dəstəyə görə təşəkkür edirəm".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 22-də Bakıda keçiriləcək və saat 21:30-da başlayacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43