Müsahibə

Qurban Qurbanov: “Evə gedib, onların adlarını axtaracağam”

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” Gürcüstanın “Samtredia” klubuna 5:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Çox istəkli və aqressiv komandaya qarşı oynayırdıq. Topla çox yaxşı oynayırdı rəqibimiz. İndi eşitdim ki, rəqib baş məşqçi hələ də şanslarının olduqlarını bildirib. Bu, yaxşı haldı, həm də sevindiricidi. Oyuna gəlincə, ilk dəqiqələrdə qol vurmağımıza baxmayaraq, ağır keçdi. Futbolçularıma təşəkkürümü bildirirəm. Qarşıda növbəti oyuna hazırlaşacağıq, səhvlərimizi düzəltməliyik.

– Yeni transferlərinizdən razı qaldınızmı?

– Hər ikisi təcrübəli futbolçudur. Bu gün razı qalıb-qalmadığımı desəm, doğru olmaz. Futbolçu mövsüm boyu uğurlu çıxış etməlidri. Amma onların oyun sistemindən razı qaldım. Qarşıdan yenə oyunlar var. İndidən bir söz demək olmaz.

– Rəşad Sadıqovun durumu necədir?

– Bunu sabah dəqiq biləcəyik. Dizində problem var. Ümid edirəm ki, ciddi olmaz.

– Gürcüstanda vaxtilə çıxış etdiyin komanda yoldaşlarınla oraya getdikdə görüşəcəksən?

– Əfsuslar olsun ki, adları yadımda qalmayıb. Əgər Tiflisdə olsalar, bu sualdan sonra yadlarına düşərəm və görüşərik. Bir neçə futbolçu yadımdadır. 26 il az vaxt deyil. Evə gedib, onların adlarını axtaracağam.

– Komandanız əsas məqsədə çatmaq – ÇL-in qrup mərhələsinə düşmək şansları nə qədərdi? Heyətiniz buna imkan verəcəkmi?

– Hər turnirdə maksimum nəticəyə çalışırıq. Nə dərəcədə alınacaq, əvvəldən deyə bilmərilk. Əlimizdə daha çox seçimin olmasını istərdik. Transferlərimiz alınsa da, alınmasa da maksimum irəli getməyə çalışacağıq. Futbolçuıarın təcrübəsi yüksəkdi. Turnirin səviyyəsi də çox yüksəkdir. Bugünkü hesab heç kimi aldatmamalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43