Premyer Liqa

Qurban Qurbanov: “Futbol elə bir səviyyəyə çatıb ki…”

Bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ” səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konafransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Çox vacib qələbə qazandıq. Ağır oyun oldu. İlk dəqiqələrdən pis başladıq. Rəqib yaxşı müdafiə olunurduş epizodlardan istifadə edə bilmədik. Çox vacib oyunçumuzu itirdik. Yəqin ki, uzun müddət onu görə bilməyəcəyik. Belə bir meydanda oynamaq oyunçuların zədlənməsinə səbəb olur. AZAL-ı təbrik edirəm. Çox yaxşı komanda formalaşıb.

– Dani Kintananın yoxluğu çempionluğ uğrunda mübarizəyə maneə törədəcəkmi…

– Heyətimiz genişdi. Amma belə bir ounçumuzun zədələnməsi çətinlik yaradacaq. Riçardın da olmaması bizə çətinlik yaradır.

– Komanda artıq iki oyundur ki, ilk qolu buraxır. Bunun səbəbi nədədədir?

– Müdafiədə bir az diqqətsizlik olur. Hər oyun rəqibə qol imkanı yaratmamaq da bizim üçün çətindir. Bu gün rəqibə bir şans düşdü və rəqib də o şansdan maksimum yararlandı. Hazırda futbol elə bir səviyyəyə çatıb ki, istənilən rəqibdən, istənilən nəticəni gözləmək olar. Amma bundan sonra diqqətli olmalı, səhvlər etməməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43