09 Avqust 2020
  • Ana səhifə
  • İdman
  • Qurban Qurbanov: “Hakim Coşquna yaxşı edib, qırmızı vərəqə verdi”
İdman

Qurban Qurbanov: “Hakim Coşquna yaxşı edib, qırmızı vərəqə verdi”

“Çətin oyun alındı. Ötən həftə futbolçularımız milli komandaların düşərgəsində oldular. Buna görə narahatçılığımız var idi”.

Idmanxeber.com saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanında “Keşlə”ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Bu oyunda hər şey gördük. Həqiqətən maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları yorulsalar da, məğlub olmaq istəmirdilər. Məncə, heç-heçə ədalətli nəticə oldu”.

– “Keşlə”nin baş məşqçisi dedi ki, bu oyunda qələbə qazandıq. Siz nə düşünürsünüz?

– Hansısa fikir bildirmək düzgün olmaz. Yəqin məğlub olmağı da göz önünə alıblar. Xallarımızı artırdıq, əsas olan məsələ budu. Komandamızdan razı qaldım.

– Qaranı bu gün cinah futbolçusu kimi oynatdınız. Düşünmək olarmı ki, Abbas Hüseynov 90 dəqiqə oynamağa hazır deyil?

– Abbas uzun müddətdi zədəli idi. “Sumqayıt”la oyunda 70 dəqiqə oynadı. Digər tərəfdən, fərqli sistemdə oynadıq, Daniyə sərbəstlik vermişdik. Düşünürəm ki, oyunumuz yaxşı alındı. Abbasın daha çox oynamaq gücü var.

– Əfran epizodların birində topu boş qapıya göndərmək əvəzinə, kənara vurdu. Həmin epizodu necə şərh edə bilərsiniz?

– Onun ilk fikri ötürmə vermək idi. Son anda qapıçının səhvini gördü və zərbə vurmaq istədi. Amma alınmadı, bunu bağışlamaq olar.

– İki futbolçu qırmızı vərəqə aldı. Sizcə, hakim düzgün qərar qəbul etdi?

– Hakimə haqq qazandırıram. Coşquna yaxşı edib, qırmızı vərəqə verdi. Çünki futbolçularıma fikirlərimi bildirmişdim. Nə də olsa, reaksiya verməməyi tapşırmışdım. Amma bəlkə də, ciddi bir şey yox idi. Qırmızı vərəqələr oyunu dəyişdi.

– “Qarabağ”ın oyun sistemini milliyə aşılamağa çalışırsınız?

– Mənim düşüncəm var. Hər oyunda çalışmalıyıq topa sahib olaq. Ola bilər ki, top 50 faiz komandada olsun, amma nəzarəti əldən verməməliyik. Rəqib daha güclü ola bilər. Amma topa sahib olanda onunla düzgün rəftar etməliyik. Qarşımıza topa 70 faiz sahib olmaq məqsədi qoymamışıq. Bu sistemi birdən-birə millidə qura bilmərəm. Milli tam fərqli turnirlərdə iştirak edir. Orda fərqli klublardan oyunçular gəlir. Vacib olan düşüncələrimi onlara çatdırmaqdı. Topa sahib olmaq daim tələb olunur. Millidə fərqli üslubda işləyirik. Fiziki göstəricilərimiz də yaxşı olmalıdı ki, rəqiblərlə düzgün mübarizə aparaq, daha bərk olar. Hətta 2 ötürmə ilə də hücuma keçməyi bacarmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Atletiko” – “Qarabağ”: heyətlər açıqlandı

admin

TAEKVANDO: Yığmalarımızın baş məşqçiləri qovuldu

admin

“Çelsi” “Qarabağ”la oyunun biletlərini satışa çıxarır

admin