Kateqoriyasız

Qurban Qurbanov: “Hakimdən başqa hamı dedi ki, təmiz qoldu”

Azərbaycan Premyer Liqasında XIX turun “Qarabağ” – “Sabah” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– 1 xal qazandıq. Rəqib 90 dəqiqə müdafiə olundu. İstər-istəməz belə komandaya qarşı çoxlu qol epizodu yaratmaq çətin olur. Amma xeyli imkanımız var idi. Futbolçular 90 dəqiqə oyun nizam-intiazmını saxladıq. Oyundan oyuna daha yaxşı, daha cidi hazırlaşırlar. 90 dəqiqə tam ideal, istədiyimiz oyunu göstərmək mümkün deüyil. Səhvlər hər zaman olur. Bu gün futbolçulardan razı qaldım.

– Sayılmayan qol epizodu haqda nə deyə bilərsiz?
– Hakimdən başqa hamı dedi ki, təmiz qol idi. Hətta rəqib komandanın nümayəndələri, məşqçiləri də bunu bildirdi. Penalti epizodu ilə bağılı da fikirlər var idi. Hakimlər bir az daha diqqətli olmalıdılar. Bizim qapımız qarşısında da belə epizodlar olsa, istəmərik ki, kiminsə haqqına girək. Belə hallar yaşanır. Ancaq son vaxtlar səhvlər çoxdu. Klub olaraq hakimlərə irad bildirmirik. Gəncdilər, amma daha diqqətli olmaları lazımdı. Yqəin ki, bunun üzərində işləyirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43