Ölkə futbolu

Qurban Qurbanov: “Heç bir futbolçu ilə bağlı yekun qərar verilməyib”

Azərbaycan Premyer Liqasının XXIV turuna start verilib

“Futbolçualrımı təbrik edirəm. Vacib qələbə qazandıq. Çox aqressiv komandaya qarşı oynadıq.Bu komandaya bundan qabaqkı oyunlarda qalib gələ bilməmişdik. Ən yaxşı oyunlarını bizə qarşı oynayırdılar. Bü gün də üzərimizə gəlib hücum oynadılar. Ancaq buna rəğmən qələbə qazanmaq yaxşıdır”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIV turtru çərçivəsində evdə keçirilən “Sabah” oyunu sonrası deyib. Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

-Qalan oyunlardan ən çətini hansıdı ?

-Ən çətin oyun növbəti oyun olur. Çempionatın sonuna yaxınlaşdıqca hər oyun daha da çətin və məsulliyyətli olur. Belə oyunlarda psixoliji olaraq da yaxşı hazırlanmalıyıq.

-Emeqara və Reynaldonun ehtiyatda qalmasının səbəbi nədədir ?

-Hər oyun bizim üçün vacibdir. Eyni zamanda hər oyunçu da. Bu futbolçuların hansısa bir zəif tərəfi yoxdur. Meydanda olan digər oyunçular da pis oynamadı. Qarşıdakı oyunlarda onları da meydanda görə bilərik. Hər bir oyunçu bizə lazımdır.

-Mövsümün sonunda bəzi legionerlə yollar ayrılacaq deyilir….

-Hər mövsümün sonu bəzi dəyişiklər olur. Bunlar normal haldır. Heç bir futbolçu ilə bağlı yekun qərar verilməyib. Diqqətimiz çempionatdadır.

Oxşar xəbərlər

UEFA “Qarabağ”a 4 milyon avro ayırdı

admin

“İnter” Ruslansız məşq etdi, amma… – RƏSMİ

admin

“Qəbələ” bəyanat yaydı – FOTO

admin