Kateqoriyasız

Qurban Qurbanov: “İkinci hissə istədiyimiz oyunu ortaya qoyduq”

Azərbaycan Kosovo ilə heç-heçə etdi

İdmanxeber.az-ın məlumatına görə, UEFA Millətlər Liqasında Azərbaycan bugün Kosovonu qəbul edib. Oyunun ardından komandamızın baş məşqçisi Qurban Qurbanov oyun barəsində fikirlərini bölüşüb:

“Çox ağır oyun oldu. Bunu gözləyirdik. Fərdi olaraq çox bacarıqlı oyunçuları var idi. Müəyyən dəqiqələrdə top onlarda qaldı. Buna mane olmaq istəsək də, çətin olurdu. Ancaq ikinci hissədə tamam fərqli oyun izlədik. Oyunçularımdan razı qaldım deyə bilərəm”.

-Sizcə oyunun heyətini səhv seçmişdiniz? Çünki, ikinci hissə etdiyiniz dəyişikliklər oyuna müsbət təsir etdi.

Belə deməzdim. Sadecə ehtiyatlı oyuna üstünlük verdik. İlk öncə onların qarşısını almağı bacarmalıydıq. Heyət baxımından səhv etdiyimi düşünmürəm. Siz də bilirsiniz ki, komandada ciddi itkilər var

-Deyə bilərikmi ki, milli komandanın ən yüksək gücü bu idi ?

Burdakı oyunçularımın daha yaxşı oyun göstərə biləcəyinə inanıram. Hücum xəttində istədiyimiz oyunu ortaya qoya bilmədik. Rəqibin oyununu düzgün analiz edə bilmişdik. Ancaq dediyim kimi heyətdəki itkilər işimizi çətinləşdirdi. Ancaq lazımı mübarizəni apara bildik. Rəqibin heyətində kifayət qədər təhlükəli oyunçular var. Bunları nəzərə aldıqda ikinci hissənin bizim üçün daha yaxşı keçdiyini deyə bilərəm.

Cavid İmamverdiyev gələn oyunda meydanda olacağını gözləmək olar ?

Tam dəqiq əsas heyətdə oynayacağı barədə fikir bildirə bilmərəm. Ancaq ümid edirəm ki, 2-3 gündən sonra ondan yararlana biləcəyik.

Millətlər Liqası çox az vaxta yekunlaşacaq. Qrupun favoriti sayılırdıq. Bugünkü nəticədən sonra nə düşünürsünüz, liderlik üçün şanslarımız davam edir?

Biz sona qədər mübarizə aparacayıq. Bunu indidən demək çox çətindir. Hər kəs qrupun qalibi olmaq istəyir. Çalışırıq ki, son gücümüzə qədər meydanda mübarizə aparıb qələbə qazanacaq.

Almeydanın performansı necə idi ? Oyununda geriləyiş hiss olunur?

Almeyda hər zaman stabil oyun oynayır. Onun oyunundan razı qaldım. Deməzdim ki, oyununda əskiklik olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43