Dünya futbolu

Qurban Qurbanov: “İkinci yarı daha çətin olacaq”

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Türkiyənin “TRT Spor” kanalaına müsahibə verib. Təcrübəli çalışdırıcı mövsümün ikinci hissəsinə ciddi hazırlaşdıqlarını bildirib:

“Mövsümün ilk hissəsi bizim üçün çox çətin oldu. Bəlkə də ikinci yarı daha çətin olacaq. Ona görə də futbolçularımız hər məşqdə, hər oyunda diqqətli və ciddi olmalıdırlar”.

Dünən “Qarabağ”ın düşərgəsində olan “TRT Spor” telekanalı komandanın hazırlıq prosesindən reportlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43