19 Noyabr 2018
Dünya futbolu

Qurban Qurbanov: “İlk oyunda olmadı, bu gün bacardıq”

Avroliqanın qrup mərhələsinin IV turunda “Qarabağ” səfərdə “Vorskla”nı 0:1 hesabı ilə məğlub edib. Oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov oyun barəsində fikirlərini bildirib:

“Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandılar. Oyundan razı qaldım. 90 dəqiqə mübarizədən çəkinmədilər. Meydanın hər yerində mübarizə apardılar”.

-İlk hissədə həyəcanlı görürdünüz. 4-cü hakimlə də kiçik bir dialoqunuz oldu. Nəyə etiraz edirdiz o epizodda?

-Açığı ingiliscə o qədər yaxşı bilmirəm. Ancaq bir neçə kəlmə ilə fikrimi bildirdim. Geryenin epizodunda qayda pozuntusu olsa da, kart verilməsinə etirazımı bildirdim.

-Fərqli heyətlə komanda meydana çıxmışdı. Belə dəyişiklik qərarına gəlməyiniz hansı andan etibarən oldu?

-Həm Bakı da, həm də burada qələbə qazanacağımıza inanırdıq. Elə alındı ki, Bakıda olmadı. Ancaq burada bacara bildik.

– Bakıdakı oyundan fərqli 4 futbolçu meydanda yox idi. Bugünkü matçın heyətini ilk oyunun analizinə görə formalaşdırmısınız?

-Hər oyundan sonra dəyişiklik olur. Daha hazırlıqı oyunçuları meydana buraxmaq istedim. Daha təcrübəli futbolçuların meydana çıxmasıma ehtiyac var idi.

– 3-cü dəyişikliyi etməklə vaxt qazanmaq olardı. Ancaq bunu etmədiz…

-Əvvəl düşündüm ki, bir müdafiəçi buraxım. Sonradan ehtiyac görmədim.

-Halldorssonun oyunundan razı qaldınızmı?

-Bəli. Digər futboçular kimi ondan da razı qaldı.

– Bu gün “Qarabağ” “Vorskla”dan nəyi yaxşı etdi ki qələbə qazandı? İlk oyunda niyə bunu etməmişdiz?

-İlk oyundankıdan fərqli, bugün futbolçularım verilən tapşırıqları dəqiq yerinə yetirdi.

Oxşar xəbərlər

“Barselona”nın çalışdırıcısı Azərbaycan klubundan danışdı

admin

PSJ-dən darmadağın – VİDEO

admin

Türkiyə Superliqasında ötən mövsümün ən yaxşıları bəlli oldu

admin