Ölkə futbolu

Qurban Qurbanov: “İstəməzdik ki, az azarkeş qarşısında oynayaq”

Bu gün “Qarabağ” Premyer Liqanın IV turunda AZAL-ı 6:0 hesabıyla məğlub edib. Komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini bildirib:

“Tərlan Əhmədova təşəkkür edirəm ki, oyunun yerini dəyişməyə razılıq verdi. Çünki bu gün təbii ot örtüyündə meydana çıxdıq. Çoxlu qol epizodları oldu. Qarşıda Avropa Liqasında vacib oyunumuz var. Buna ciddi yanaşıb, hazırlaşmalıyıq. Qarşıdakı 4-5 gün ərzində həddinən artıq diqqətli olmalıyıq. Oyun quruculuğunda xeyli problemlərimiz oldu. Bunu aradan qaldırmalıyıq.

İstəməzdik ki, az azarkeş qarşısında oynayaq. Fanatlarmız həmişə matçın sonuna kimi bizi dəstəkləyib. Hər halda çalışdıq ki, normal meydançada oynayaq. Olar bu gün BOS-un vəziyyəti yaxşılaşıb. Amma ola bilməz ki, oranın vəziyyəti yaxşı ola-ola ora yox deyək”.(klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43