Kateqoriyasız

Qurban Qurbanov: “İtaliya klubuna qarşı oyunda ən azından layiqli mübarizə aparacağıq”

Topaz Premyer Liqasının VII turunun mərkəzi görüşündə “Neftçi” “Qarabağ”ı qəbul etdi. Oyun qonaqların 3-1 hesablı qələbəsi ilə yekunlaşdı.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra bu fikirləri səsləndirib:

“Yaxşı oyun alındı. Azarkeşlər 4 qol izlədilər. Sona kimi oyun intizamını qoruyan futbolçularımdan razı qaldım. “Neftçi”nin yaxşı oyunçuları çoxdur. Onlar imkanlardan istifadə edə bilirlər. “Neftçi” bu gün məğlub olsa da, yaxşı oyun göstərdi. Almeydanın zədəsi ciddi deyil. Ağrıları çox olsaydı, davam edə bilməzdi. Bizi qarşıda “İnter”lə çətin oyun gözləyir. İtaliya klubuna qarşı oyunda ən azından layiqli mübarizə aparacağıq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43